damğa basmaq
Damokl qılıncı
OBASTAN VİKİ
Damğa
Tamğa və ya Damğa — türk və monqol tarixi baxımından son dərəcə vacib sənəd. Tamğalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib. Ayrıca bu tamğaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim sənəd olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları tamğalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Tamğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir. Elmə məlum olan ən qədim tamğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir.
Damğa (roman)
Damğa — Rəşad Nuri Güntəkinin ilk dəfə 1924-cü ildə nəşr olunmuş romanı. Digər romanlardakı kimi bu əsərin də dili və anlatımı olduqca aydın və canlıdır. Əsər ilk sətirlərdən sonuncu cümləsinədək oxucusunu gərginlikdə saxlayır. Hadisələr, süjet xətti sanki muncuq kimi ardı-ardına düzülür... Romanı acı bir eşq macərası da adlandırmaq olardı, lakin yazıçı əsərini cəmiyyətdə çox tez-tez rast gəli­nən bir problemə – insana təsadüf və ya qeyri-təsadüf hadisə­dən sonra cəmiyyətin vurduğu «damğa»ya həsr edib... Əsərdə paşa oğlu İffət adlı gənc elə uşaqlıqdan olmazın çətinliklər, həbs, həbsdənsonrakı aclıq, səfalət, «damğa»lı və təhqir dolu həyat yaşayır. Amma, hətta ən yaxın adamlarının belə ona etibar etməməsi onu dürüst olmaqdan çəkindirə bilmir... Roman isə heç kimin gözləmədiyi sonluqla bitir... Əsər Əsgər Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib Bakıda 1989-cu ildə Dodaqdan qəlbə romanı ilə birlikdə Azərnəşrdə 375 səhifədə, Bakı Kitab Klubu tərəfindən 2014-cü ildə 168 səhifədə və 100 tirajla çap edilmişdir. Bakı Kitab Klubu.
Daraq damğa
Daraq damğa — Krım xanlarından olan Gəraylar sülaləsi tərəfindən istifadə olunan dövlət simvolu. Damğa Krım tatarlarının milli bayraqlarında da təsvir edilib. Krım tatar milli bayrağında da yer alan daraq damğası Krım xanlığının paytaxt şəhəri olan Baxçasarayda bəzi giriş qapıları və divarların üzərində də təsvir edilmişdir. Damğa əsasən Gəraylar sülaləsi dövründə istifadə olunub. 1917-ci ildə qurulan Krım Xalq Cümhuriyyətinin də milli bayrağında mavi fonda daraq damğası təsvir edilmişdir. 1991-ci ildə II Krım Tatar Milli Qurultayında mavi fonda sol yuxarı küncdə daraq damğası təsvir edilmiş bayraq Krım tatarlarının bayrağı kimi qəbul edilmişdir.
Soyombo (damğa)
Soyombo damğası (monq. Соёмбо тэмдэг) — Monqol xalqlarının ortaq damğası.
Çətinliyə baş vurmaq
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Çətinliyə baş vurmaq (teleserial, 2008)

Digər lüğətlərdə